Dünya

Babacanyan Rusiyanı ələ saldı: Qaloş və erməni ordusu...

30 Aprel 2021 17:20
Baxış: 890

Ermənistan ordusunu modernləşdirmək üçün yeni istiqamətlərə diqqət yetirmək lazımdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin deputatu Arman Babacanyan deyib.

Parlamentin tribunasına əlində qaloşla gələn Babacanyan ölkə rəhbərliyini tənqid edib:

"Bu, Rusiya istehsalı qaloşlardır. Siz qaloşu modernləşdirmək, onda reform aparmaq istəyirsiniz. O, modifikasiya olunmuş, modernləşmiş, "İT qaloş" olacaq, amma yenə də qaloş olacaq. Hesab edirəm ki, bizim ordumuzun modernizasiyasında əsas mandat Rusiyaya verilməlidir, amma son hadisələr, "erməni soyqırımı" ilə bağlı reallıqlar nəzərə alınarsa, Ermənistanın manevrlər edib, digər istiqamətlərə baxmaq şansı da olmalıdır. Ermənistanın gələcəyini boğmayın".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.