Dünya

"Rusiya heç vaxt “G8”ə qayıtmayacaq"

28 Aprel 2021 15:44
Baxış: 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Böyük səkkizlik" (G8) formatı dünəndə qaldı, Rusiya heç vaxt ora qayıtmayacaq.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Dəfələrlə demişik ki, bir daha heç vaxt ora dönməyəcəyik. "Səkkizlik" artıq olmayacaq, bu, dünən idi", - Lavrov əlavə edib.

2019-cu ilin sonunda Moskva bəyan edib ki, Rusiyanın "yeddilik qrupu"na qayıtmaq istəyi yoxdur. Xarici İşlər Nazirliyi Moskvanın G20 və BRICS daxil olmaqla digər formatlarda qarşılıqlı əlaqə variantlarını nəzərdən keçirdiyini qeyd edib.

"G8" formatı 1998-ci ildən 2014-cü ilə qədər mövcud idi, klub üzvləri Soçidə növbəti zirvəyə getməkdən imtina etdikdə və Krıma görə Brüsseldə Rusiyasız toplandıqdan sonra bu format "G7"yə endirildi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.