Dünya

Xəstələr oksigen çatışmazlığından vəfat edir

26 Aprel 2021 10:39
Baxış: 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanı cənginə alan koronavirus pandemiyası Hindistanlıların dəhşətli yuxusuna çevrilib. Burada hər gün 350 mindən çox insan virusa yoluxur. Xəstə sayı isə artıq milyonlarladır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ölkənin Qucarat və Maharaştra kimi ştatlarında fəaliyyət göstərən xəstəxanalarda oksigen tamamilə tükənib.

Paytaxt Dehlidə də acınacaqlı vəziyyət hökm sürür. Şəhərdəki Qanqa Rim xəstəxanasında 25 koronavirus xəstəsi oksigen çatışmazlığı səbəbindən vəfat edib, 60 xəstənin isə öləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Buna görə də Hindistan hökuməti, xəstələr üçün sadəcə 1 saatlıq oksigen qaldığını bildirərək xarici ölkələrdən yardım istəyib. Bu çağırışdan sonra Hindistana, tankerlərlə 700 ton oksigen göndərilib.  Həkimlər isə yoluxma hallarında artım qeydə alındığından oksigen çatışmazlığının hələ bir müddət davam edəcəyini bildirib.

Qeyd edək ki, son 24 sutkada ölkədə 345 min 147 yoluxma faktı qeydə alınıb, 2 min 621 nəfər isə dünyasını dəyişib. Bu günə qədər Hindistanda 16 milyon 610 min 481 nəfər Covid-19-a yoluxub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.