Dünya

NATO üzvlüyümüzü müzakirə etməliyik - Tayyar

25 Aprel 2021 13:27
Baxış: 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baydenin açıqlamasını səhv adlandırmaq olmaz. Ortada düşmən münasibəti var. Deyiləcək çox sözümüz var, amma faydasızdır. Əgər münasibət düşməncədirsə, danışmaq deyil, hərəkət etmək vaxtıdır. Bu, tarixin qırılma anıdır. NATO üzvlüyü də daxil olmaqla qlobal mövqeyimizi müzakirə etməliyik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri AKP-dan olan keçmiş deputat Şamil Tayyar deyib.

Onun sözlərinə görə, soyqırımı böhtanı cinayət sayılmalıdır:

"Problem xarici aləmlə məhdudlaşmır, daxildə də HDP kimi Daşnaktsütyun və Hnçak tipli təşkilatlar var. Əgər Qərbdə "soyqırım olmaz" reallığı cinayət sayılırsa, bizdə də soyqırım böhtanı cinayət sayılmalıdır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.