Məktəb turu ilə Kosta-Rikaya səyahət edən britaniylı informatika müəllimi Riçard Qlenn şagirdlərlə birlikdə spirtli içki içib, uşaqları striptiz-kluba apardığı üçün 3 il müddətinə işdən azad olunub.
Milli.Az big.az-a istinadla xəbər verir ki, bu barədə "BBC News" yazır.
Təhsilin Tənzimlənməsi Komissiyasının hesabatına görə, səfər zamanı Qlenn dəfələrlə alkoqoldan istifadə edib və onu yetkinlik yaşına çatmayan uşaqlara verib, həmçinin, onları bir neçə dəfə bara aparıb və qadınlara qarşı aqressiv davranışlar nümayiş etdirib.
Lakin müəllim içkili olduğundan bütün bunları xatırlamadığını bildirib.
Qeyd edək ki, Qlennin dərs dediyi Nortumberlend məktəbində təhsil haqqı bir semestr üçün 4850 funt sterlinq (11 min manatdan çox) təşkil edir.
Milli.Az