Dünya

Gülbən Ərgəndən kriptovalyuta etirafı: “Baş-ayaq olduq”

22 Aprel 2021 08:08
Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin populyar müğənnilərindən olan Gülbən Ərgən İstanbulun Nişandaşı məhəlləsində görünüb.

"Haber Global"ın məlumatına əsasən, jurnalistlərin bir sıra suallarını cavablandıran məşhur maraqlı açıqlamalar verib. Media nümayəndələrinin onun kriptovalyuta biznesi barədə sualına cavabında ifaçı vəziyyətin heç də ürəkaçan olmadığını bildirib.

"Soruşmayın, işlər heç yaxşı getmir. Baş-ayaq olduq", - deyə ulduz bəyan edib.

Xatırladaq ki, bir müddət öncə taksi biznesində də bəxti gətirməyən müğənni təsəlli olaraq, bitkoin və eteriuma sahib olduğunu qeyd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.