Dünya

Kanada əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı daha bir ay uzadıb

21 Aprel 2021 21:25
Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanada xarici vətəndaşların ölkəyə girişinə qoyulan məhdudiyyətləri mayın 21-dək uzadıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Kanadanın İctimai Təhlükəsizlik naziri Bill Bler özünün "Twitter" səhifəsində yazıb.

"Ölkədə koronavirusun aktiv hallarının və variantlarının sayının artması narahatlıq doğurur. Kanadalıların təhlükəsizliyinin təmin olunması üçün lazım gələn hər şeyi edəcəyik. Əcnəbilərin Kanadaya girişinə qoyulan məhdudiyyətlər 2021-ci il mayın 21-nə qədər uzadılıb", - deyə Bill Bler bildirib.

Hazırda Kanada ərazisində 87 min 872 aktiv koronavirus xəstəsi var. Pandemiyanın əvvəlindən bəri ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 23 min 713 nəfərə çatıb.

Xatırladaq ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, aprelin 20-dək dünyada 143 milyon 622 mindən çox yoluxma və 3 milyon 59 mindən çox ölüm faktı qeydə alınıb, 122 milyon nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 18 milyon 297 min nəfərdən 109 min 406-nın vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.