Dünya

Ukraynada ehtiyatda olanlar xidmətə çağrıldı - Müharibəyə hazırlıq pik həddə

21 Aprel 2021 16:13
Baxış: 1 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanun imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat verib.

Zelenskinin ofisinin verdiyi açıqlamaya görə, qanun yeni hərbi xidmət növünü nəzərdə tutur- ehtiyatda olanlar arasından xüsusi dövr üçün çağırış xidməti.

Qanun ehtiyatda xidmət etmək üçün müqavilə bağlayan və ya hərbi əməliyyat ehtiyatına yazılan vətəndaşlara şamil olunacaq.

Qanun hərbi təcavüz zamanı döyüş effektivliyini artırmaq və milli təhlükəsizliyə qarşı ani təhdidlərə dərhal cavab vermək üçün ehtiyatda olanların hərbi hissələrə tez bir zamanda cəlb olunmasını təmin edəcək.

Xatırladaq ki, 20 aprel tarixində V. Zelenski Rusiya Prezidenti V. Putinə müraciət edərək onu müharibənin davam etdiyi Donbassın istənilən yerində görüşə dəvət etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.