Dünya

ABŞ polisi daha bir vətəndaşın ölümünə səbəb oldu

14 Aprel 2021 13:49
Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Merilənd ştatında polis 16 yaşlı yeniyetməni güllələyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, vətəndaş Sent-Meri Polis İdarəsinə zəng edərək yeniyetmənin silahlı olduğunu və özünü şübhəli apardığı barədə məlumat verib.

Bir patrul polisi həmin ünvana gedib və orada əlində odlu silah və bıçaq olan gənclə qarşılaşıb.

Şahidlərin dediyinə görə, oğlan silahını hüquq mühafizə əməkdaşına yönəldib. Cavab tədbiri olaraq polis yeniyetməyə atəş açıb və onu yaralayıb.

Başqa bir şahid bildirir ki, polisin atdığı ilk güllədən sonra gənc ayağa qalxmağa çalışıb və polisə bıçaq çəkib. Polis ona bıçağı atmağı əmr edib.

Mətbuata açıqlamada bildirilir ki, polis məmuru atışma barədə məlumat verib və təcili yardım çağırıb.

Məlum olub ki, oğlandakı silah saxta imiş. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İstintaq mərhələsində polis işçisi vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, ABŞ polisi üç gün əvvəl Minnesota ştatında afroamerikalını güllələyərək öldürüb. Ştatda bununla bağlı etirazlar hələ də davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.