Dünya

Tehran xəstəxanalarında koronavirusa yoluxanlar üçün yataq yerləri tükənib

13 Aprel 2021 08:53
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran paytaxtında koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanalarda yerlər tam olaraq dolub.

ISNA xəbər verir ki, bunu Tehran əyaləti qubernatoru Ənuşirəvan Mohseni Bandpey bəyan edib.

"Tehran əyalətindəki xəstəxanalarda koronavirus xəstələri üçün 6691 yer nəzərdə tutulub. Hazırda onların hamısı məşğuldur. İlk olaraq görməli olduğumuz iş bu yerlərin sayını artırmaqdır", - deyə qubernator bildirib.

Qeyd edək ki, son sutkada İranda 23 311 yeni yoluxma halı qeydə alınıb. Bu günədək ölkədə COVID-19 səbəbilə ölənlərin sayı isə 64 764 nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.