Dünya

Ramazan ayı ilə əlaqədar Türkiyədə COVİD-19 qadağalarının daha da sərtləşdirilməsi gözlənilir

12 Aprel 2021 19:55
Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar qardaş Türkiyədə COVID-19-la bağlı qadağaların sərtləşdirilməsi nəzərdə tutulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ramazan ayının başlaması ilə Türkiyənin 58 vilayətində tətbiq olunan həftəsonu qadağası bütün ölkəni əhatə edəcək. Müqəddəs ay boyunca qardaş ölkədə həftə içi hər gün axşam saat 21:00-dan səhər saat 05:00-dək "Evdə qal" məhdudiyyətinin tətbiqi nəzərdə tutulur. Bundan əlavə ölkədə kütləvi tədbirlərin keçirilməsi, o cümlədən imsak və iftar yeməklərinin birgə keçirilməsi qadağan edilir, kafe və restoranlar isə müştərilərə paket servisi şəklində xidmət göstərəcək. Qida məhsulları satış müəssisələri, o cümlədən çörək sexlərinin fəaliyyətinin iftardan bir saat əvvəl dayandırılması nəzərdə tutulur.

Ölkə ərazisində axşam saatlarında yaşana biləcək sıxlığın qarşısının alınması məqsədilə ictimai nəqliyyat gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, ölkənin Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi şurasının bu gün keçirilməsi nəzərdə tutulan toplantısından sonra qadağaların daha da sərtləşdirilməsi gözlənilir.

Ölkə mütəxəssisləri isə Ramazan ayı ilə əlaqədar qadağaların sərtləşdiriləcəyi və vaksinasiya prosesinin artırılacağı təqdirdə xəstəliklə mübarizədə əhəmiyyətli nəticələrin əldə ediləcəyinə ümidvar olduqlarını bildirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.