Dünya

Almaniyada koronavirusa yoluxanların sayı 3 milyonu ötüb

12 Aprel 2021 19:35
Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada ötən sutka ərzində COVID-19 infeksiyasına 16 min 738 yoluxma halı qeydə alınıb və bununla da ölkədə koronavirusa yoluxan insanların sayı 3 milyon 9 min nəfəri ötüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmçinin son sutka ərzində koronavirusdan 106 nəfər ölüb və həyatını itirənlərin sayı ümumilikdə 78 min 964 nəfərə çatıb. Beləliklə, Almaniyada hər 100 min nəfərdən 136,4-də COVID-19 infeksiyası aşkarlanıb.

Hazırda Almaniyada karantin tədbirləri qüvvədədir, lakin məktəb və uşaq bağçaları, gözəllik və kosmetika salonları, gül və kitab mağazaları fəaliyyətini davam etdirir. Testsiz yalnız supermarketlərə getmək olar. Məhdudiyyətlər hələlik aprelin 18-dək nəzərdə tutulur və onların sərtləşdiriləcəyi istisna olunmur.

Qeyd edək ki, Almaniyada koronavirusa gündəlik yoluxma halları yanvar və fevral aylarında azalsa da, mart ayından etibarən yenidən artmağa başlayıb. Mütəxəssislər bunu koronavirusun daha yoluxucu ştammı ilə əlaqələndirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.