Dünya

Niderlandda dini qalmaqal: “Müsəlmanlar diri-diri yandırılmalıdır”

11 Aprel 2021 09:25
Baxış: 1 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderlandın Almer şəhərində Ömər İbn Əl Xəttab Camisinə hədə-qorxu məktubu göndərilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Haber7" məlumat yayıb.

"Müsəlmanlar günahkardır və diri-diri yandırılmalıdırlar. Bütün farslar və türklər ölkəni tərk etməlidirlər, yoxsa Auşvitzdəki yəhudilər kimi qazla boğulacaqlar. Yaşasın Zəfər. Adolf Hitler hələ yaşayır", - deyə məktubda qeyd olunub.

Məktub camiyə gələnlərdə təşviş yaradıb.

Qeyd edilir ki, sözügedən cami son altı ildə üç dəfə hücuma məruz qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.