Dünya

Jirinovskidən Türkiyə ilə bağlı tələb

10 Aprel 2021 10:12
Baxış: 1 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Türkiyə ilə aviaəlaqələrin dayandırılmasını təklif edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı öz teleqram kanalında paylaşım edən Jirinovskinin sözlərinə görə, "COVID-19"a yoluxma sayı yüksək olan ölkələrlə hava əlaqəsi kəsilməlidir:

"Təcili olaraq Türkiyə ilə ucuşları bağlamalıyıq. Ən azı oradakı yoluxma sayında azalma olana qədər...

Hökumət bu cür tədbirlər görərsə, bunu may ayında Dövlət Dumasına hesabat verərkən Nazirlər Kabinetinin yaxşı iş görməsi barədə bir nümunə kimi gətirəcəyik. Əgər bu edilməsə, turistlər Türkiyədən qayıtdıqdan sonra bizə infeksiya gətirəcəklər ki, bu da Rusiyada yeni bir xəstəliyə səbəb olacaq. Bu, hökumət üçün böyük bir məğlubiyyət olacaq. Hərəkətə keçin, xəstəliyin artdığı ölkələrlə hava əlaqələrini dayandırın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.