Dünya

Dünyada ilk dəfə canlı donordan ağciyər köçürüldü

10 Aprel 2021 08:18
Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın Kyoto Universitetinin Xəstəxanasında ağciyərləri koronavirus səbəbindən ciddi zədələnən bir qadına dünyanın ilk canlı donor ağciyər transplantasiyası həyata keçirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, əməliyyat 11 saat davam edib və 30 nəfərlik bir heyət tərəfindən gerçəkləşdirilib.

Qadına əri və oğlu ağciyər vermək qərarına gəliblər. hazırda onların vəziyyəti yaxşı qiymətləndirilir.

Xəstə iki ay içərisində xəstəxanadan evə buraxılacaq.

Qeyd edək ki, canlı donordan ağciyər transplantasiyası dünyada ilkdir və koronavirus səbəbindən ağciyərləri sıradan çıxan insanlara ümid olacağı ehtimal edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.