Dünya

Bir neçə general da divardan tullanaraq qaçıb - Ermənistanda qalmaqal

9 Aprel 2021 13:04
Baxış: 1 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Müdafiə Nazirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı bir sıra erməni generallar divarın üzərindən tullanaraq nazirliyin binasından qaçıblar.

Milli.Az ordu.az-a istinadən xəbər verir ki, bu barədə "Mediaport" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, erməni general Albert Mardoyan da qaçanlar arasındadır.

Bundan öncə bildirilmişdi ki, itkin düşmüş erməni əsgərlərin yaxınları zəncir və avtomobillərlə Ermənistan MN-in binasının giriş və çıxışını bağlayıblar, Ermənistan hakimiyyətinin yalanlarından yorulduqlarını və övladlarını tələb etdiklərini bildiriblər.

Daha sonra Ermənistan Müdafiə Nazirliyinə böyük sayda polis gətirilib və polislər çəkiliş etməyi qadağan ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.