Dünya

Ukrayna Donbasda vəziyyətin ağırlaşmasıyla bağlı BMT-yə müraciət etdi

3 Aprel 2021 13:44
Baxış: 1 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Rusiya qoşunlarının döyüş hazırlığının artması və Donbasdakı döyüşlərin aktivləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edib. 

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Twitter-də Ukraynanın BMT-dəki nümayəndəliyi məlumat verib.

"Biz BMT Təhlükəsizlik Şurasının tərəfdaş üzvlərinə Donbasda təhlükəsizliyin kəskinləşməsi və işğal altında olan ərazilərdə, eləcə də Ukrayna ilə sərhəddə Rusiya hərbi mövcudluğunun gücləndirilməsi barədə məlumat verdik. Onların dəstəyini qiymətləndiririk, əminik ki, Rusiyaya qarşı birgə göstərilən səylər və təzyiqlər hərbi eskalasiyanı dayandıracaq", - mesajda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.