Dünya

İntihar etmək istəyən gəncin ailəsinə görüntülü zəng etdi

2 Aprel 2021 17:34
Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə intihara cəhd edən gənc qurtarılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, hadisə Kartal ərazisində qeydə alınıb. Belə ki, gənc binanın damına çıxaraq intihar etmək istəyib. Əraziyə çox sayda xilasetmə qrupları və polislər cəlb olunub.

Polislər danışaraq gənci razı salmağa çalışsalar da, onların nəticələri uğursuz olub.  Lakin son anda gəncin tanışı onu ölümdən xilas edib. O, gəncin ailəsinə görüntülü zəng edərək, onları danışdırıb. Bundan sonra gənc intihar etməkdən çəkinib.

Ətrafdakı insanlar şəxsin bu hərəkətini alqışlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.