Dünya

Ermənistanda nazir istefa verdi

31 Mart 2021 16:59
Baxış: 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın yüksək texnologiyalar naziri Akop Arşakyan istefa verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə nazir özünün Facebook səhifəsində yazıb. O, nazirlikdə sonuncu iş günü olduğunu qeyd edib: "Ermənistan vətəndaşı kimi bir məmurun vətəndaşa qarşı güc tətbiq etməsini qəbuledilməz hesab edirəm".

Nazirin mətbuat katibi isə məlumatı təsdiqləməyib, Arşakyanın fəaliyyətini davam etdirdiyini deyib.

Qeyd edək ki, bir neçə gün öncə Akop Arşakyan ona iş vaxtında nə üçün kafedə olduğunu soruşan jurnalist Paylak Fərhadyana hücum edib. Nazir daha sonra bu hərəkətinə görə jurnalistdən və kafenin işçilərindən üzr istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.