Ukraynanın Tailanddakı səfiri Andrey Beşta Ko-Lipe adasındakı oteldə vəfat edib.
Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, səfirin meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
A. Beştanın meyiti səhər saat 05.30 radələrində otelin nömrəsində aşkarlanıb. Oğlu atasının dünən özünü yaxşı hiss etdiyini, saat 04.30-da zəhərlənmə simptomları ilə oyandığını, daha sonra huşunu itirdiyini bildirib.
Diplomatın meyiti ölümün səbəbinin müəyyənləşdirilməsi üçün Banqkokdakı hospitala göndərilib.
Qeyd edək ki, 45 yaşlı A. Beşta 2015-ci ilin noyabrında Tailanda səfir təyin edilib. Bundan əvvəl diplomat karyerası ərzində BMT və digər beynəlxalq təşkilatlardakı Ukrayna nümayəndəliklərində, o cümlədən Ukraynanın Tailanddakı səfirliyində məsləhətçi kimi çalışıb.
Milli.Az
 PUL
PUL 
                
                             
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                    
                                     
                    
                                    