Dünya

Pakistan BQ rəisi Türkiyənin “Baykar” şirkətini ziyarət edib

30 Mart 2021 15:18
Baxış: 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza Türkiyənin "Baykar Savunma" şirkətinin milli PUA inkişaf və araşdırma mərkəzini ziyarət edib.

Milli.Az ordu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin "Twitter" hesabında məlumat yayılıb.

Bildirilir ki, mərkəzdə onu şirkətin baş direktoru Haluk Bayraktar müşayiət edib. "Baykar"ın paylaşdığı fotolarda Haluk Bayraktarın pakistanlı generala "Bayraktar TB2" zərbə PUA-larını təqdim etdiyi görülür.

Türkiyənin "Baykar Savunma" şirkəti "Bayraktar TB2" zərbə PUA-larının istehlsaçısıdır. Bu PUA-lar Türkiyə, Qətər, Ukrayna, Liviya və Azərbaycan tərəfindən fəal şəkildə istifadə olunur. Şirkət hazırda çox ağır "Akıncı" zərbə PUA-ları üzərində işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.