Dünya

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

30 Mart 2021 13:12
Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda Gürcüstan həbsxanalarında 105 Azərbaycan vətəndaşı cəza çəkir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) fevral ayı üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstərici ötən ayla müqayisədə 3 nəfər azdır.

Həbsdə olanlardan 95 nəfər məhkum edilib, onlardan 80 nəfər kişi, 15 nəfər isə qadındır.

10 nəfərin barəsində isə məhkəmə hökmü yoxdur.

Bundan başqa, qonşu ölkədə 25-i kişi, 3-ü qadın olmaqla, 28 Azərbaycan vətəndaşı probasiya nəzarətində saxlanılır. Onlardan 8-i Tbilisi, 1-i Şida Kartli, 8-i Kvemo-Kartli, 4-ü Kaxeti, 1-i Sameqrelo-Zemo Svaneti, 6-sı isə Acara-Quriya regionunda probasiya nəzarətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory