Dünya

Latviyada yaşı 70-dən yuxarı olan insanların 20 faizdən çoxu COVID-19-a qarşı peyvənd olunublar

29 Mart 2021 19:55
Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviyada bu günə qədər yaşı 70-dən yuxarı olan insanların 22 faizi və xroniki xəstəlikləri olanların 4,7 faizi COVID-19 infeksiyasına qarşı peyvənd olunublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Latviya Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, yaşı 70-dən yuxarı olan insanlar üçün ümumilikdə 61 min 500-dən çox doza vaksin nəzərdə tutulub. Bu yaş qrupu artıq Latviyada istifadə olunmuş bütün vaksinlərin 49 faizinini qəbul edib. Belə ki, yaşlı insanlar tibb işçilərindən, sosial qayğı mərkəzlərinin daimi sakinlərindən və işçilərindən ibarət ilk iki prioritet qrupda da təmsil olunublar.

Latviya Səhiyyə Nazirliyinin prioritet qrupların planlaşdırılmasına dair sənədində ümumilikdə müxtəlif xroniki xəstəlikləri olan 166 mindən çox insan qeyd edilib və onnların arasında 7839 nəfər peyvənd olunub (təxminən 5 faiz).

Latviya Səhiyyə Nazirliyi xroniki xəstəlikləri olan bütün latviyalıları www.manavakcina.lv portalında qeydiyyatdan keçməklə, həmçinin 8989 nömrəsinə və ya ailə həkiminə zəng vurmaqla bu xəstəlik qrupuna daxil olduqlarını qeyd edib, COVID-19 infeksiyası əleyhinə vaksinasiya olunmaq üçün müraciətlərini gecikdirməməyə çağırıb.

Qeyd edilib ki, ötən həftə Latviyada ümumilikdə 22,700-dən çox sakinin vaksinasiyası həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.