Dünya

ABŞ-da həbsxanada insident baş verib, məhbus güllələnib

28 Mart 2021 10:28
Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Oklahoma ştatında ştatında olan cəzaçəkmə müəssisəsində silahlı insident baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Fox News telekanalı xəbər verib.

Cəzaçəkmə müəssisəsinin nəzarətçilərindən biri məhbuslar tərəfindən girov götürülüb. O, aldığı xəsarətə görə xəstəxanaya aparılıb.

Telekanalın verdiyi məlumata görə, zabit məhkumlara dərman verərkən hücuma məruz qalıb, məhkumlar onun əllərin bağlayıb və açarlarını alıblar.

Bu hadisə ilə bağlı sosial şəbəkələrdə də məlumat yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, məhkumlar duş qəbul edə bilmədiklərinə görə etiraz edirlər.

Rəsmi qurumlar Fox News-a həbsxanada etiraz edən məhkumlardan birinin hadisə yerinə gedən Oklahoma City polisi tərəfindən vurularaq öldürüldüyünü təsdiqləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.