Dünya

Gürcüstanda koronavirusun üçüncü dalğası başlayır

27 Mart 2021 17:49
Baxış: 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gürcüstan koronavirusun üçüncü dalğasının başlanğıc mərhələsindədir".

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze deyib.

Səhiyyə naziri bir daha əhalini epidemioloqların tövsiyələrinə ciddi əməl etməyə çağırıb.

"Ola bilsin, epidemioloqlar ölkədə koronavirusun üçüncü dalğasının başladığını rəsmən elan edəcəklər. Məhz buna əsaslanaraq, biz vətəndaşlarımızı bu mərhələdə malik olduğumuz vasitələrə məhəl qoymağa çağırırıq", - Tikaradze bəyan edib.

Səhiyyə naziri hesab edir ki, birgə tədbirlərin keçirilməsi vacibdir. Vaksinasiya prosesini ardıcıl şəkildə idarə etmək, vətəndaşları motivasiya etmək və tövsiyələrə əməl etmək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.