Dünya

Paşinyan indi də sabiq hakimi MTX-yə rəhbər gətirir

27 Mart 2021 16:27
Baxış: 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keçmiş hakim Andranik Simonyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yeni rəisi təyin ediləcək.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə armlur.am öz mənbələrinə istinadən məlumat yayıb.

"Hakim Simonyan yenicə İstintaq Komitəsi rəhbərinin müavini təyin edildi. Arqişti Karamyanla qurulmuş sxemə görə, o, Milli Təhlükəsizlik Xidmətinin rəis müavini təyin ediləcək və bir neçə gündən sonra quruma rəhbərlik edəcək", - deyə qəzet yazır.

Qeyd olunur ki, bununla da Baş nazir Nikol Paşinyan son 1,5 ildə, 2019-cu ilin sentyabrından etibarən 5 dəfə Milli Təhlükəsizlik Xidmətinin rəhbərini dəyişdirib. Artur Vanetsyanın gedişindən sonra yerinə Eduard Martirosyan təyin edilib. Sonra onu Arqişti Karamyan əvəzləyib. 2020-ci ilin oktyabrında Karamyan vəzifədən çıxarılıb, yerinə Mikael Hambardzumyan təyin olunub. Hambardzumyan bu vəzifədə cəmi bir ay çalışıb. Noyabr ayının əvvəlində onu Armen Abazyan əvəz edib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.