Dünya

Fransa Britaniyanı şantajda ittiham edib

27 Mart 2021 11:39
Baxış: 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Böyük Britaniyanı Avropa İttifaqına qarşı vaksin şantajında ittiham edib.

Milli.Az APA-ya istinadən bildirir ki, buna səbəb "AstraZeneca" şirkətinin istehsalı olan vaksinlərin ittifaq ölkələrinə kifayət edəcək sayda göndərilməməsidir.

Fransanın baş naziri Jan İv Le Drian bildirib ki, hazırda ölkəsi əhalinin vaksinasiyasında problemlər yaşamadığı ilə öyünsə də, ikinci dozanın çatdırılması ilə problem yaşaya bilər: "Şantaj oyunlarına zamanımız yoxdur. Hazırda vaksinasiya ilə bağlı problemimiz olmasa da, ikinci dozanın tətbiqində çətinliklər meydana çıxa bilər. Buna görə də, biz "AstraZeneca" ilə razılaşma əldə olunmasının yollarını tapmalıyıq".

Hökumət başçısının sözlərinə görə, bu, adı çəkilən şirkətin öhdəliklərini yerinə yetirməsi və ittifaq daxilində vaksinasiyanın problemsiz yekunlaşması üçün vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.