Dünya

İsrail və İran arasında dəniz mübarizəsi aktivləşib

27 Mart 2021 10:24
Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son illər İsrail və İran donanmaları arasında dəniz mübarizəsi aktivləşib və hər iki ölkə bir-birinin gəmilərinə bir sıra hücumlar təşkil edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

"İsrail və İran uzun illərdir ki, Orta Şərqdə, əsasən də quruda və havada gizli müharibə aparırdılar. Hazırda isə Aralıq dənizi və Qırmızı dənizdəki gəmilər də hücuma məruz qalır", - deyə məqalədə qeyd olunub.

Nəşrin rəsmi şəxslər arasındakı mənbəyə istinadən yazdığına görə, "İsrail 2019-cu ildən bəri Aralıq dənizinin şərqində və Qırmızı dənizdə İran nefti və silahı daşıyan gəmilərə hücum edir": "İran, göründüyü kimi, diqqəti cəlb etmədən gizli hücumlarla cavab verir".

Mənbələr bildirir ki, 2019-cu ildən bəri İsrail diversantları İran yüklərini daşıyan azı 10 gəmiyə hücumlar təşkil ediblər. İran tərəfi isə hücumların 20 gəmiyə qarşı edildiyini düşünür. Söhbət əsasən Suriyaya yanacaq və ya silah daşıyan gəmilərdən gedir.

"İranın cavabının miqyası bəlli deyil. Hücumların çoxu gizli və məsuliyyəti barədə ictimaiyyətə elan edilmədən həyata keçirilir", - məqalədə belə deyilir.

Nəşr qeyd edir ki, "hər iki tərəf əsasən dəniz minalarından istifadə edir. Eyni zamanda, məqalədə hər iki tərəfin açıq qarşıdurmadan çəkinməyə çalışdıqları bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.