Dünya

Makron koronavirusa görə ölkə əhalisini kollektiv məsuliyyətə çağırıb

24 Mart 2021 21:35
Baxış: 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Virus Fransa ərazisində çox fəaldır. Mümkün qədər məsuliyyətli olmaq, təmasları azaltmalıyıq. Virusun yayılmasını cilovlamaq üçün qarşılıqlı fəaliyyət göstərməliyik. Bütün müəssisələr distan işləməyə üstünlük verməlidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Fransa prezidenti Emmanuel Makron ölkənin Şimalında yerləşən Valansyen şəhərində peyvənd mərkəzinə səfəri zamanı deyib. O, sakinləri "kollektiv məsuliyyətə" səsləyib və son dərəcə diqqətli olmağa çağırıb. Ölkənin epidemiyanın üçüncü dalğası ilə üzləşdiyini deyən ölkə başçısı peyvəndləmə kampaniyasının milli prioritet olduğunu diqqətə çatdırıb. O, indiki vəziyyətdə hər bir sakinin məsuliyyət daşıdığını deyib. Qarşıdan gələn həftələrdə sanitar qaydalara daha ciddi riayət etməyin vacibliyini vurğulayıb.

Eyni zamanda, Fransa prezidenti virusun çox yayıldığı zonalarda yeni məhdudiyyət qaydalarının mümkünlüyünü də eşitdirib.

O, bu ərazidə peyvənd dozasının çatışmazlığı ilə bağlı məlumatlandırılıb. Bildirilib ki, bu ərazidə 140 min əlavə peyvənd dozasına ehtiyac var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.