Dünya

Azərbaycanlıları təhqir edən erməni işdən qovuldu

24 Mart 2021 16:37
Baxış: 2 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənilərin yaşadıqları yerdən asılı olmayaraq nankor və ləyaqətsiz əməllərinə zaman-zaman rast gəlirik.

Milli.Az bildirir ki, bu barədə Baku TV-nin Gürcüstan bürosunun hazırladığı məlumatda qeyd olunub.

Qonşu Gürcüstanda doğulub böyüyən Jozef Kaşanyan sosial şəbəkədə paylaşdığı videoda azərbaycanlıları təhqir edib.

Əməkdaşlarımız erməni tibb işçisinin çalışdığı Qafqaz Tibb Mərkəzinə yollanaraq onun bu addımını yerindəcə araşdırıb.

Tibb müəssisəsinin rəhbəri Natia Nutsibidze Jozef Kaşanyan tərəfindən edilən hörmətsizliyin qəbuledilməz olduğunu bildirib.

Natia Nutsibidze eyni zamanda nizam-intizam komitəsində Jozef Kaşanyan barəsində qərarın verilməsi ilə bağlı müzakirələrin davam etdiyini də qeyd edib.

Tibb müəssisəsinin rəhbəri Natia Nutsibidze bizə yazılı formada bildirdi ki, rəhbərlik tərəfindən ciddi töhmət alan Jozef Kaşanyan işdən azad olunub.

Sosial şəbəkələrdə azərbaycanlıları təhqir edən Jozef Kaşanyan insanlıqdan uzaq olduğu kimi, artıq həkim olmaq istəyindən də uzaq qalmalı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.