Dünya

"Twitter"də ilk paylaşım təxminən 3 milyon dollara satılıb

23 Mart 2021 08:58
Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Twitter" mikrobloqlar şəbəkəsinin qurucusu Cek Dorsi tərəfindən 2006-cı ildə yazılmış ilk paylaşım onlayn auksionda təxminən 3 milyon dollara satılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə hərrac evinin "Twitter" səhifəsində bildirilib.

Keçən ilin dekabrında C.Dorsi ilk paylaşımını - "Sadəcə öz "Twitter"imi qururam" mesajını - satmağa qərar verib. Bu qərar əvvəlcə ictimaiyyətin diqqətini çəkməmişdi. Ancaq Dorsi paylaşımın satışa çıxarıldığı "Valuables" onlayn-hərracın linkini "Twitter"də yerləşdirdikdən sonra qiymət sürətlə artmağa başlayıb.

Sonda C.Dorsi "sinaEstavi"nin 2 915 835,47 dollar məbləğində təklifini qəbul edib. Beləcə, ilk tvitin sahibi "sinaEstavi" adlı istifadəçi olub. Onun Malayziyada yaşadığı və blokçeyn sahəsində bir şirkət idarə etdiyi bildirilir.

Dorsi hərracdan əldə etdiyi gəliri xeyriyyəçiliyə sərf edəcəyini bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.