Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Kəpənəkçi kəndində sakinlər etiraz aksiyası keçirirlər.
Milli.Az APA-ya istinadən bildirir ki, kənd sakinləri 9 ay öncə həbs edilən həmkəndliləri, 29 yaşlı Niyaməddin Mehdiyevin səhhətində olan problemlə əlaqədar müalicə ala bilməməsinə etiraz edirlər.
Yaxınlarının sözlərinə görə, ürəyindən əməliyyat olunan N. Mehdiyevin səhhəti ilə maraqlanan yoxdur. Kənd sakinləri tələbləri qəbul edilmədiyi təqdirdə mərkəzi yolu bağlayacaqlarını bildiriblər.
Milli.Az