Dünya

Londonda etirazçılara divan tuturlar - 33 nəfər saxlanılıb

21 Mart 2021 11:24
Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londonda etiraz aksiyaları zamanı saxlanılanların sayı 33-ə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Britaniya paytaxtının polisi məlumat yayıb.

"Saat 18:45-ə (Bakı vaxtı ilə saat 22:45) olan məlumata əsasən, 33 nəfər Londonun mərkəzində aksiyaları müşayiət edən asayiş keşikçiləri tərəfindən nəzarət altına alınıb. Saxlanılmaların əksəriyyəti COVID-19 qaydalarının pozulması ilə əlaqədardır", - məlumatda belə deyilir.

Qeyd edək ki, şənbə günü Londonun mərkəzində koronavirus məhdudiyyətlərinə qarşı, eləcə də 33 yaşlı Sara Everardın öldürülməsi ilə əlaqədar etiraz aksiyaları təşkil edilib.

Hayd-Parkda toplaşan etirazçılar şəhərin mərkəzi küçələri boyunca yürüş ediblər, daha sonra isə Uaytholl küçəsində yerləşən hökumət binalarına və Britaniya Parlamentinə doğru hərəkət ediblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.