Dünya

Özbəkistanda latın əlifbasının yeni variantının layihəsi müzakirəyə çıxarılıb

19 Mart 2021 20:09
Baxış: 1 361
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Özbəkistanda latın əlifbasının yeni variantının layihəsi müzakirəyə çıxarılıb. Yeni variantda əlavə hərflər və səslər yer alacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Özbəkistan Elmlər Akademiyası tərəfindən hazırlanan layihə 28 hərf və 1 apostrofdan ibarətdir.

Hazırda qismən istifadə olunan əlifba variantı 26 hərfdən ibarətdir. Ali və orta məktəblər üçün dərsliklər latın qrafikasında, bədii və elmi ədəbiyyat, KİV latın və kiril qrafikalarında çap olunur.

Özbəkistan Nazirlər Kabineti mərhələlərlə latın əlifbasına tam keçidlə bağlı "Yol xəritəsi"ni təsdiq edib. Sənəddə bildirilir ki, 2023-cü il yanvarın 1-dən bütün təşkilatlarda sənədləşmə, kargüzarlıq işləri, yazışmalar latın əlifbasının yeni variantı ilə aparılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.