Dünya

Suriya ordusu neft tankerlərini hədəf aldı - Şiddətli partlayışlar baş verir - VİDEO

15 Mart 2021 12:07
Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Müdafiə Nazirliyi ötən axşam Suriyanın Cerablus və Əl-Bab bölgələrinə təşkil edilən hücumlarla bağlı açıqlama yayıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, məlumata görə, hücum hökumət qüvvələri tərəfindən təşkil edilib və dinc insanları hədəfə alan bombardmanın dayandırılması ilə bağlı Rusiya tərəfinə xəbərdarlıq edilib.

Mülki insanlar arasında tələfat qeydə alınmayıb. Türkiyə ordusu cavab atəşi açıb. Məlumata görə, Suriya ordusu tərəfindən atılan ballistik raketlərin hədəfində neft tankerləri olub. Hücum nəticəsində şiddətli partlayışlar qeydə alınıb. Ərazidə yanğın hələ də davam edir.

Qeyd edək ki, Cerablus və Əl-Bab Türkiyə ordusunun nəzarətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.