Çində son sutka ərzində 7 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "worldometers.info"da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 034-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 214 xəstə sağalıb.
Ölkədə 184 aktiv koronavirus xəstəsi var.
Milli.Az