Dünya

“Qırmızı Kitab”dakı quşu istismar etməkdə təqsirləndirilirlər

12 Mart 2021 19:19
Baxış: 1 034
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynanı "Eurovision"da təmsil edəcək elektrofolk qrupu "Go-A" "Qırmızı Kitab"a düşən bir quşu istismar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Uanimals" heyvanları qoruma ictimai təşkilatı məlumat yayıb.

Qeyd olunub ki, ifaçıların müsabiqə üçün hazırladığı klipdə uzun ayaqlı çovğun quşuna yer verilib. Bildirilib ki, bənzərsiz quş qanunsuz şəkildə saxlanılır: "Videonu izləyənlər quşun qayışlarının olduğunu görə bilərlər. Bu, uzun müddət əsirlikdə saxlanılan quşlar üçün tipikdir, heyvanın davranışı onun əsirlikdə olduğunu göstərir".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.