Dünya

İstanbulda martın 15-dən etibarən COVID-19-a qarşı qadağalar sərtləşdiriləcək

12 Mart 2021 20:25
Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə qəbul olunan yeni qərara əsasən koronavirusa yoluxma sayı kəskin artan İstanbulda martın 15-dən etibarən qadağalar sərtləşdiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni qadağalara əsasən, şəhərin ictimai iaşə obyektlərinə və dövlət qurumlarına girişlər vətəndaşların gündəlik fəaliyyətlərinə nəzarət sistemi olan HES (Həyat evə sığar) kodu vasitəsilə mümkün olacaq. Bundan əlavə Türkiyənin Səhiyyə və Milli Təhsil nazirlikləri arasında əldə olunan razılığa əsasən, şəhərin orta məktəblərinə də daxil olmaq üçün xüsusi SMS və ya HES kodu tələb olunacaq.

Qeyd edək ki, artıq 2021-ci ilin əvvəlindən etibarən Türkiyənin bir çox vilayətində olduğu kimi, İstanbulda da ictimai nəqliyyatdan istifadə üçün vətəndaşların gündəlik fəaliyyətinə nəzarət edən HES kodundan istifadə edilir. Hazırda şəhərin böyük ticarət mərkəzləri və bu kimi digər obyektlərinə yaşı 20-dən aşağı olanların valideynsiz daxil olması qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.