Dünya

Gürcüstanla Rusiyanı birləşdirən Yuxarı Lars yolu bağlandı

12 Mart 2021 10:59
Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanla Rusiya arasında Yuxarı Lars yolu bağlanıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, səbəb ekstremal hava şəraitidir. Hazırda bütün növ nəqliyyat vasitələri üçün yol bağlıdır.

Böyük Qafqaz dağlarında yerləşən tarixi Dəryal keçidindən keçən bu yol "Hərbi Gürcüstan yolu" da adlandırılır. Dağlıq ərazilərdən keçən yoldə hərəkət ilin soyuq dövründə tez-tez məhdudlaşdırılır. Olduqca təhlükəli relyefə malik bölgə olan bu regionda mütəmadi olaraq qar uçqunları müşahidə olunur.

Qeyd edək ki, Ermənistanla Rusiya arasındakı kommunikasiya və logistika əlaqələri də bu yolla təmin olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.