Dünya

Kiyevdə 19 yaşlı qıza görə iki azərbaycanlı saxlanıldı - FOTO

11 Mart 2021 18:46
Baxış: 1 458
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiyevdə 19 yaşlı qızı zorlamaqda şübhəli bilinən 2 Azərbaycan vətəndaşı saxlanılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar 1985-ci il təvəllüdlü İbrahimov İlqar Bayram oğlu və 1978-ci il təvəllüdlü Məlikzadə Təvəkküldür.

Ukrayna vətəndaşının iddialarına görə, İlqarla Təvəkkülün avtomobilini taksi ilə səhv salaraq ona əyləşib. Lakin daha sonra şübhəlilər onu yaşadıqları Belqorodka kəndinə apararaq təcavüz ediblər.

Polis tərəfindən saxlanılan İlqar İbrahimovla Təvəkkül Məlikzadənin günahı sübuta yetirilərsə, hər birini 7 ildən 12 ilədək həbs gözləyir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.