Çində son sutka ərzində 11 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "worldometers.info"da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 018-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 201 xəstə sağalıb.
Ölkədə 181 aktiv koronavirus xəstəsi var.
Milli.Az