Dünya

F-35 tam bir fəlakətdir: artıq zəmanət almalıyıq - ABŞ

7 Mart 2021 18:11
Baxış: 1 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son 20 ildə əldə etdiyimiz proses yalnız F-35, LCS, zirehli texnika, yeni nəsil döyüş sistemləri ilə əlaqəli hadisələr baxımından tam bir fəlakət olaraq xarakterizə edilə bilər. Bu istiqamətdə daha yaxşı işləməliyik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının üzvü, Silahlandırma İşləri üzrə Komitənin rəhbəri Adam Smit bildirib.

"F-35 kimi proqramları ciddi şəkildə təmizləməlisiniz. Pul israfçılığından şikayət edə bilərsiniz, ancaq artıq qaytara bilməzsiniz. İndi daha çox israfa yol verməyəcəyimizə dair zəmanət almalıyıq. Nə qədər xərclədiyimiz və qarşılığında nə aldığımıza baxsaq, bu, bizə ağrı verir", - A.Smit qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.