Dünya

Ermənilər Paşinyanda günah görmür? - Politoloqun fikri - VİDEO

7 Mart 2021 13:23
Baxış: 893

Ermənistanda gərgin siyasi vəziyyət hökm sürməsinə baxmayaraq gedişat göstərir ki, Paşinyan hakimiyyəti hələ də möhkəmdir və nüfuzu artmaqdadır.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinin qonağı politoloq Ceyhun Əhmədli deyib. O bildirib ki, ermənilər Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır:

"Ermənistanda "Gallup" şirkətinin keçirdiyi sorğu nəticəsində bəli oldu ki, erməni xalqı Qarabağ müharibəsindəki məğlubiyyətin günahını Paşinyandan çox əvvəlki hakimiyyətdə, yəni Köçəryan və Sərkisiyanda görür. Bu isə Paşinyan iqtidarı üçün azruolunan ssenaridir. Artıq erməni xalqının gözündə Paşinyan günahkar deyil və onun hakimiyyətdə qalmasında maraqlıdırlar. Bunun başqa bir fundamental səbəbi odur ki, erməni xalqı Qarabağ yükündən xilas olmaq istəyir və təbliğ olunan keçmiş ideologiyaları artıq qəbul etmir, reallıqları başa düşürlər. Burada bizim qələbəmizin də xüsusi rolu var".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.