Dünya

Daha bir ölkədə koronavirusun “Braziliya” ştammı aşkarlandı

4 Mart 2021 08:38
Baxış: 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Venesuelada koronavirusun "Braziliya" ştammına yoluxma halları aşkarlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə respublika Prezidenti Nikolas Maduro bildirib.

Onun sözlərinə görə, yoluxma halı əvvəlcə La-Quayra ştatında qeydə alınıb. Analiz təsdiq edib ki, söhbət "Braziliya" ştammından gedir. Hökumət xəstənin olduğu əraziləri müəyyən edib və bu ştamma yoluxmanın digər hallarını Karakasda və Miranda ştatında aşkarlayıb. "Biz yoluxma hallarının qeydə alındığı yerlərdə PCR testlər apararaq miqyası müəyyən etməyə çalışırıq", - dövlət başçısı əlavə edib.

Qeyd edək ki, Braziliyada koronavirusun yeni mutasiyasının aşkarlanması haqda ilk dəfə ötən il dekabrın sonlarında məlum olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.