Dünya

Dünyadakı milyarderlərin sayı açıqlandı

2 Mart 2021 15:21
Baxış: 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya miqyasında milyarderlərin sayı 3228-ə çatıb, bu isə yeni rekorddur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Hurun Araşdırmalar İnstitutunun son hesabatında məlumat verilib.

Dünyanın ən varlı adamlarının ümumi sərvəti 15 yanvar tarixinə olan məlumata görə, 14,7 trilyon dollara yüksəlib. Dünyanın ən varlı adamı 197 milyard dollarlıq sərvəti ilə "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask olub. "Amazon" qurucusu Ceff Bezos 189 milyard dollar sərvəti ilə ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə "Louis Vuitton Moët Hennessy" prezidenti  Bernar Arno (114 milyard dollar) qərarlaşıb.

Çin milyarderlərin sayına görə lider olaraq qalmaqdadır. ABŞ-da 696 milyarderin olduğu halda, Çində bu rəqəm 1058-ə çatıb. Çin və ABŞ birlikdə dünyadakı bütün milyarderlərin yarısından çoxuna sahibdir.

Hindistan isə 177 milyarderlə üçüncü yerdədir.

Dünya üzrə qadın milyarderlərin sayının isə 231-ə yüksəldiyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.