Dünya

Tbilisidə nümayişçilərlə polis arasında qarşıdurma: 7 nəfər saxlanıldı

2 Mart 2021 14:31
Baxış: 615
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tbilisidə parlament binasının girişlərində piket keçirən nümayişçilərlə polis arasında fiziki qarşıdurma olub.

Milli.Az APA-ya istinadən bildirir ki, insidentlə əlaqədar polisin qanuni tələbinə məhəl qoymama maddəsi ilə 7 nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında müxalif partiyaların tərəfdarları parlament binasının girişlərində həbsdə olan siyasi liderlərin azad edilməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi və seçki islahatlarının aparılması tələbi ilə piket keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.