Dünya

Yaponiya və Çin arasında yenidən gərginlik yarandı

2 Mart 2021 12:51
Baxış: 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya və Çin arasında növbəti gərginlik yaşanıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Şərqi Çin dənizində yerləşən mübahisəli Senkaku adalarının Çin əraziləri kimi göstərilməsi Yaponiyada narazılığa səbəb olub.

Yaponiyanın müdafiə naziri Kişi Nobuo Çinin təxribatçı addımının qəbuledilməz olduğunu söyləyib. Adaları Yaponiya ərazisi sayan nazir bu cür addımlarla gərginliyin artdığını xatırladıb.

Həmçinin Çinin yeni sahil-mühafizə qanununda hərbçilərinə istədikləri zaman silahdan istifadə icazəsi verilməsi qınanılıb və qonşu ölkələrin su nəqliyyatı vasitələrinin təhlükəsizliyinə təhdid hesab edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.