Ermənistanı qarışdıran “İsgəndər” haqda bilmədiklərimiz - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya hərbi sənayesinin ən son yeniliklərindən olan sistemlərin göstəriciləri
Ermənistanın baş naziri Nikol Paşinyan "İsgəndər" raketlərindən Azərbaycanın işğal altında olmayan ərazisinə atdıqlarını etiraf edib. Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın "İsgəndər" raketindən 44 günlük döyüşlərin 3-4-cü günündə istifadə edilmədiyinə təəccüblənməsinə Nikol Paşinyan 1in.am-a müsahibəsində cavab verib.
"Bu eyham mənə ünvanlanıb. Ancaq düşünürəm ki, iddiaçı cavabını bildiyindən belə suallar verməməlidir. Bəlkə o bu suala cavab versin: Niyə atılan "İsgəndər"lər partlamadı, yaxud məsələn, 10 faizi partladı", - deyə baş nazir sual edib.
Paşinyanın bu açıqlaması Ermənistanın informasiya məkanında "partlayış" effekti verib. Əleyhdarları baş nazirin dolayısı ilə Rusiyanın Ermənistana vaxtı keçmiş silahları satmasını dediyini iddia ediblər.
Milli.Az "Yeni Müsavat"a istinadən bildirir ki, Ermənistanda aranı qatan "İsgəndər" raketləri Rusiya Federasiyasında istehsal olunan operativ-taktiki raket sistemidir. 2006-cı ildə istehsal edilib və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul olunub. "İsgəndər" raketi kompleksi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. "İsgəndər-M" kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl "Patriot" və "Aegis" hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. "İsgəndər" operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri "İsgəndər-M" raketləridir. "İsgəndər-M" raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir. Rusiya hərbi sənayesi "İsgəndər-M" raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Hazırda "İsgəndər-M" Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur. Kompleks 2 raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. "İsgəndər-M" iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur. Kompleks düşmən qoşunlarının operativ dərinliyində hərbi hissələrini məhv etmək üçün nəzərdə tutulub. Taktiki nüvə silahının çatdırılması vasitəsi ola bilər.
Əsasən reaktiv yaylım atəş sistemləri, uzaqvuran artilleriya, raket komplekslərinin, raketdən və hava hücumundan müdafiə vasitələrinin, komanda məntəqələri və rabitə qovşaqlarının, mülki infrastrukturun vacib obyektlərinin məhvi üçün nəzərdə tutulub.
Döyüş xüsusiyyətləri:
Raketin başlanğıc kütləsi: 3 800 kq
Döyüş başlığının kütləsi: 480 kq
Uzunluğu 7,2 m
Diametri 920 mm
Raketin başlanğıcdan sonrakı trayektoriyasının hissəsinin sürəti: 2 100 m/s
Hədəfi vurma minimal məsafəsi: 50 km
Hədəfi vurma maksimal məsafəsi: 500/280 km
İstismar müddəti: səhra şəraitində 3 il, ümumilikdə 10 il
Ermənistan 2016-cı ilə qədər "İsgəndər" raket komplekslərinə sahib olmasını gizlətməyə çalışıb. Həmin ilin sentyabrında Yerevanda keçirilən hərbi paradda "İsgəndər" raket kompleksləri nümayiş etdirildi. Ardından Azərbaycanın İsraildən Dəmir Günbəz havadan müdafiə sistemi alması barədə məlumatlar yayılıb. O vaxt Yerevandakı paraddan sonra Azərbaycanın müdafiə naziri bəyan etmişdi ki, yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq Ermənistan ərazisindəki, hədəflərin məhv edilməsinə hazırlıq yüksək səviyyədədir. Nazir xüsusilə vurğulamışdı ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya sistemləri bu tapşırığı yerinə yetirməyə imkan verir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb





