Dünya

Səudiyyə Ərəbistanı Qaşıqçı məsələsi ilə bağlı ABŞ-ın ittihamlarını rədd edib

27 Fevral 2021 10:44
Baxış: 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalist Camal Qaşıqçının qətlində krallıq rəhbərliyinin adının hallanması ilə bağlı ABŞ kəşfiyyatının hesabatını rədd edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "SPA" agentliyi ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

"Səudiyyə Ərəbistanı hökuməti hesabatda yer alan krallıq rəhbərliyi ilə bağlı neqativ, yalan və qəbuledilməz dəyərləndirməni tamamilə rədd edir və hesabatda yanlış məlumat və nəticələrin olduğunu bildirir", - XİN-in açıqlamasında belə deyilir.

Bildirilib ki, ölkə rəhbərliyi cinayəti törədənlərə qarşı artıq lazımi tədbirlər görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.