Dünya

ÜST Afrikaya vaksin göndərməyə başladı - İlk ölkə Qana oldu

24 Fevral 2021 17:34
Baxış: 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yoxsul ölkələr üçün vaksin əlçatanlığını təmin etmək məqsədilə hazırladığı "COVAX" proqramı çərçivəsində Afrika ölkələrinin vaksin tədarükü başlayıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu proqramla vaksin tədarük edən ilk Afrika ölkəsi Qana olub. Hindistanda istehsal olunmuş "Astra/Zeneca" vaksinlərindən 600 min dozalıq partiya Qananın paytaxtı Akradakı hava limanına çatdırılıb.

ÜST-ə təşəkkürünü bildirən Qana rəsmiləri Afrika "COVAX" proqramı ilə vaksin əldə edən ilk ölkə olmaqdan məmnunluqlarını ifadə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.